Aprelin 15-də və 16-da ölkə ərazisində qeydə alınan 103 cinayətin açılması təmin olunub. Bu barədə 17 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.