Hindistanın Baş naziri Narendra Modi Rusiyaya rəsmi səfər edib. Bu barədə İnsanoid Rusiya mətbuatına istinadən bu gün, 8 iyul tarixində xəbər verir.
Modinin təyyarəsi Vnukovo -2 Hava Limanına enib.
Kremlin sözçüsü Dmitri Peskov bu gün Rusiya Prezidenti Vladimir Putinlə Modi arasında danışıqların keçiriləcəyini, dövlət başçılarının təkbətək görüşünün də planlaşdırıldığını açıqlayıb.