İsrail Türkiyəyə tibbi yardım göndərib. Bu barədə 9 fevral tarixində Report İsrail KİV-yə istinadən xəbər verir.
Bildirilib ki, 230 tibb işçisi və yüzlərlə ton tibbi avadanlıq Türkiyəyə göndərilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Hadisə nəticəsində azı 14 014 nəfər ölüb, 64 794 nəfər isə yaralanıb.