Türkiyədəki zəlzələdən zərər çəkənləri xilas etmək məqsədilə İsraildən xilasedici qrup gedib. Bu haqda 14 fevral tarixində Report məlumat verib.
“Zeytun bulağı” xilasedici qrup arasında qadınlar da yer alıb. İsrail Xarici İşlər Nazirliyi qadınların bu hərəkətini təqdir edib:
“Bu superqəhrəmanları alqışlayın. Onlar həyatlarında dəyərli olan hər şeyi bir tərəfə qoyub, Türkiyəyə insanların harayına yetişməyə gediblər”.