Türkiyənin Kahramanmaraş bölgəsində 42 yaşlı Melike İmamoğlu 222 saatdan sonra dağıntılar altından xilas edilib. Bu barədə 15 fevral tarixində Report məlumat verib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.