Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 227 saat sonra dağıntılar altından 74 yaşlı qadın xilas edilib. Bu barədə 15 fevral tarixində “TRT Haber” məlumat verib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb.