Kürdəmirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Bu barədə mayın 6-da Trend Daxili İşlər Nazirliyinə istinadən məlumat paylaşıb.
Saxlanılan zaman əvvəllər də məhkum olunmuş şəxsin üzərindən qablaşdırılmış metamfetamin və heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.