Kürdəmirdə mağazada bıçaqlanma hadisəsi baş verib. Bu haqda oktyabrın 29-da APA xəbər yayıb.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. 1981-ci il təvəllüdlü Valeh Gərayev həmkəndlisini, 1963-cü il təvəllüdlü Qorxmaz Musayevi bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Valeh Gərayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.