Laçında 3 ədəd tank əleyhinə mina aşkarlanıb.
Bu barədə 3 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Laçın rayonunun Hoçaz kəndi ərazisində aşkar edilən 3 ədəd tank əleyhinə mina rayon polis şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.