Lerik rayonunun Laman kəndinin məktəb yolu yararsız vəziyyətdədir. Bu haqda Yeniavaz.com saytı bu gün, 28 oktyabr tarixində məlumat verib.
Görüntüləri sosial şəbəkələrdə paylaşan məktəbin coğrafiya müəllimi şagirdlərin gündəlik istifadə etdiyi yolun palçıq içində olduğunu bildirib:
“Bu yolu “Niva” da gətirmir. Burada sürüşüb yıxılsan, qaldıracaq bir qol da tapmayacaqsan. Bax bu yol məktəbə gedən yoldur. Gündəlik şagirdlərin gəlib-getdiyi yoldur. Masallıdan Lerikə gələn yolda heç bir asfalt yoxdur.
Bu palçığın içində hansı şəxsiyyət yeriyər?! 4 il bakalavr, 2 il magistr, 3 il də doktorantura təhsili almışam. Soruşuram, bu palçıqlı yolda təhsilimizin hansı işığından, gələcəyindən danışa bilərik?”