Növbəti tədris ili üçün magistratura səviyyəsi üzrə proqnozlaşdırılan qəbul yerlərinin sayı açıqlanıb. Bu barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev deyib.
Bu barədə 9 iyun tarixində Report məlumat verib.
Onun sözlərinə görə, 2023-2024-cü tədris ilində magistratura səviyyəsi üzrə yerlərin sayının 6 478 olacağı gözlənilir.