Masallıda 17 yaşlı qız gözəllik salonundan çıxaraq itkin düşüb. Bu barədə 27 oktyabr tarixində Report məlumat verib.
Hadisə oktyabrın 25-də rayon ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Hacıyeva Yeganə Ramin qızı işlədiyi gözəllik salonundan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.