İyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılov Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılıb.
Bu barədə 5 iyul tarixində Baş Prokurorluq məlumat verib.
Bildirilib ki, kişinin almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.