Fransa “PSJ”sini ABŞ-nin "İnter Mayami" klubuna dəyişən Lionel Messinin yeni komandasında geyinəcəyi forma nömrəsi bəlli olub. Bu barədə 8 iyun tarixində Report xarici KİV-yə istinadən xəbər verir.
Belə ki, argentinalı futbolçu yenidən 10 nömrə altında çıxış edəcək.
Mayami təmsilçisində bu nömrə Qonsalo İquainin gedişindən sonra boş qalıb.
Qeyd edək ki, Lionel Messi İspaniya "Barselona"sında 10, “PSJ”də isə 30 nömrəli formanı geyinib.