Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi mayın 10-dan başyalacaq. Bu haqda Təhsil Nazirliyi məlumat yayıb.
İlkin olaraq seçim şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Vakansiya seçimi 14 may saat 11:00-dək davam edəcək.
Digər müsabiqə iştirakçıları üçün isə həmin mərhələ digər tarixdə həyata keçiriləcək. Bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.