Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.
İqtisadiyyat.az xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya işlərinin aparılmasıdır.
Mərkəzi Nəbatat Bağından piknik sahəsinin ümumi dezinfeksiya işləri ilə əlaqədar olaraq müvəqqəti bağlandığı barədə məlumat təsdiqlənib.
Qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancıb.