“Naiza Fighting Championship” turnirində iştirak edən Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Bu haqda bu gün, 21 mart tarixində idmançının İnstagram-ına istinadən İnsanoid məlumat verir.
Qazaxıstanın Almatı şəhərində təşkil olunan “Naiza Fighting Championship 50” çərçivəsində Qırğızıstan idmançısı Kanibek Janıbek Uulunu 3-cü raundda boğucu fəndlə məğlub edib.
Bu, Nərimanın peşəkar karyerasında keçirilmiş 33 döyüşdə 29-cu qələbəsidir.