Aktyor, ssenarist və rejissor, "Oskar" mükafatçısı Robert Taun 89 yaşında vəfat edib. Bu barədə İnsanoid Xarici KİV-lərə istinadən bu gün, 3 iyul tarixində xəbər verir.
ABŞ-dən olan Robert Taun aktyor karyerasına 1960-cı illərdə başlayıb.
Aktyorun ən məşhur filmləri "Son libas" ("The Last Detail", 1973), "Çin məhəlləsi" ("Chinatown", 1974) və "Şampun" ("Shampoo", 1975) olub. Aktyor "Chinatown" filmindəki roluna görə 1975-ci ildə "Oskar" mükafatı alıb.