Salyan şosesində yerləşən sement zavodunda 1990-cı il təvəllüdlü təkərçi-çilingər vəzifəsində işləyən şəxs vəfat edib. Bu barədə 7 may tarixində Report məlumat verib.
Belə ki, ötən gün sözügedən şəxs yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib. Nəticədə təkər diskdən ayrılaraq onun baş nahiyəsinə dəyib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.