Qobustan sakinindən narkotik vasitə götürülüb. Bu barədə 3 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Adəm Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.