Qobustan kəndinin ərazisində hərbi sursat tapılıb. Bu barədə 7 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, hadisə yerinə baxış zamanı sursatın bir ədəd təlim-atış xarakterli top mərmisi və onun döyüş başlığı aşkar olunub.
Bildirilib ki, sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Qeyd olunub ki, hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.