2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac və Ağgöl milli parklarında “açıq qapı” günü keçiriləcək. Bu barədə 1 fevral tarixində Report Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyevə istinadən məlumat verib.
“Daha geniş ornitoloji imkanlara malik Ağgöl və Qızılağac milli parkları 2001-ci il 25 may tarixindən beynəlxalq əhəmiyyətli Su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının siyahısına daxil edilib”, - Rəşad Allahverdiyev bildirib.
Xidmət rəsmisi əlavə edib ki, 2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac və Ağgöl milli parklarında “açıq qapı” günü keçiriləcək. Ziyarətçilər sabah Qızılağac və Ağgöl milli parklarına ödənişsiz daxil olaraq, ərazidə toplaşan çoxsaylı ornitofauna növlərini müşahidə edə biləcəklər.