"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 9 iyun tarixində xəbər verir.
"Dənizçilər"dən verilən məlumata görə, paytaxt təmsilçisi Turan Manafovla vidalaşıb.
25 yaşlı cinah oyunçusunun başa çatan müqaviləsi yenilənməyib.
"Səbail" daha əvvəl Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.