Şabranda qatarla traktor toqquşub. Bu barədə 25 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə, toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.
Araşdırma aparılır.