Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb. Bu barədə 16 may tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub.
Şübhəli bilinən rayon sakini saxlanılıb.
Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.