Şəkidə qapı-pəncərə sexindən 15 000 manatlıq oğurluq edən işçi saxlanılıb. Bu barədə mayın 7-də APA xəbər paylaşıb.
O, obyektin kassasından 2 000 manat nağd pul, 6 000 manat dəyərində materiallar və “VAZ-2104” markalı avtomobil oğurlayıb. Saxlanılan şəxs, həmçinin Hacıqabulda da mağazadan oğurluq edib.
Hadisəni törədən şəxs ifadəsində qaçırdığı avtomobili satdığını, əldə etdiyi pulları isə xərclədiyini söyləyib.
Faktlarla bağlı cinayət işi açılıb.