Salyan rayonunun Kür Qaraqaşlı kəndində ev yanıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bu gün, 30 yanvar tarixində xəbər verir.
Ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli evin yanar konstruksiyaları 160 kv.m sahədə yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.