Salyan rayonunun Çuxanlı kəndində ümumi sahəsi 18 kvadratmetr olan ərzaq mağazasında yanğın olub. Bu haqda mayın 7-də Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Mağazanın yanar konstruksiyaları və içərisindəki malları yanıb.
Bununla yanaşı, Beyləqan şəhərində "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və qismən arxa buferi alovlanıb.
Hər iki yanğın söndürülüb.