Şamaxı sakini qar təmizləyərkən evin damından yıxılıb. Bu haqda məlumatı İnsanoid bu gün, 25 fevral tarixində Apa.az-a istinadən verir.
Rayon sakini, 44 yaşlı Hümbətov Eyvaz Şeyda oğlu evinin damını qardan təmizləyərkən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.
Ona ilkin tibbi yardım göstərilib və Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.