Şəmkir sakini dəm qazından boğularaq ölüb. Bu barədə 29 yanvar tarixidnə APA məlumat verib.
Hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Bəhram İsayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib. Məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.