Şəmkirdə bədbəxt hadisə baş verib. Bu barədə 30 yanvar tarixində APA məlumat verib.
Belə ki, 1973-cü il təvəllüdlü Bəxtiyar Hacıyev kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Xəstə orada dünyasını dəyişib.
Mərhumun yaxınlarının sözlərinə görə, mərhum yaşadığı evin 2-ci mərtəbəsindəki pilləkəndən yıxılıb.
Faktla bağlı araşdırma aparılır.