Şəmkirdə ahıl qadın aldığı yanıq xəsarətlərindən ölüb. Bu barədə 2 fevral tarixində Apa məlumat verib.
Hadisə Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini, 72 yaşlı Gültəkin Məmmədova soba üzərinə yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bədbəxt hadisə zamanı yaşlı qadın evdə tək olub. Onun gözdən əlil olduğu və ruhi xəstə olduğu bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.