Siyəzəndə 62 yaşlı qadın itkin düşüb. Bu barədə 20 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, rayon ərazisində yaşayan 62 yaşlı Nazilə İsmayılova yanvarın 24-də yaşadığı ünvandan çıxıb gedərək bir daha geri qayıtmayıb.
“Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinin (023) 304 13 03 şəhər və (070) 733 83 19 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - məlumatda bildirilib.