Suqovuşan qəsəbəsi ərazisindəki nəzarət postunda bir nəfər saxlanılıb. Bu barədə oktyabrın 28-də Daxili İşlər Nazirliyindən bildirilib.
Rayon sakini F.Daşdəmirov müvafiq icazəsi olmadan qəsəbə ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Tərtər Rayon Polis Şöbəsinə gətirilib və mülki qaydada axtarışda olduğu da müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən, protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə cərimə olunub.