Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3 480-ə çatıb. Bu barədə 9 fevral tarixində Report məlumat verib.
Məlumata əsasən, azı 3 min nəfər isə yaralanıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.