Suriyada zəlzələ qurbanlarının sayı 3 162 nəfərə çatıb. Bu barədə 10 fevral tarixində Report məlumat verib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakət zamanı daha 2 200 nəfərdən çox insan yaralanıb.
Son məlumatlara görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb, daha 72 879 nəfər yaralanıb.
Xatırladaq ki, hər iki ölkədə təbii fəlakət fevralın 6-da baş verib.