Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları işğaldan azad edilən ərazilərdə keçirdikləri nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapıblar.
Bu barədə 23 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Qeyd olunub ki, Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.