Tərtərdə odlu və soyuq silahlar götürülüb. Bu barədə 2 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, rayon sakini E.Mayılov evinin zirzəmisindən tapdığı, mərhum ailə üzvünə məxsus "Walther" markalı tapançanı və 3 ədəd patronu könüllü olaraq təhvil verib.
Bundan başqa, keçirilən əməliyyat tədbiri ilə rayon sakini R.Qasımovun yaşadığı ünvandan qanunsuz olaraq əldə edib saxladığı və hazırladığı 1 ədəd avtomata aid süngü bıçaq və 5 ədəd müxtəlif ölçülərdə xüsusi hazırlanmış xəncər və qılınclar aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.