Tovuzda müxtəlif vaxtlarda iki evdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə oktyabrın 27-də Report xəbər verib.
Belə ki, rayon ərazisindəki evlərin birindən 5 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər evdən isə 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Oğurluq etməkdə şübhəli bilinən rayon sakini A.Rüstəmov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.