Türkiyədə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İnsanoid.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfa bölgəsində baş verib.
Atatürk məhəlləsində yolun qarşı tərəfinə keçməyə çalışan 4 yaşlı Onur Şəni xidməti mikroavtobus vurub. Azyaşlını görməyən sürücü mikroavtobusla onun üzərindən keçib.
Qəzanın şahidi olan ətrafdakı insanlar Onuru xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq azyaşlı dünyasını dəyişib.
Hadisə ilə bağlı sürücü həbs edilib. Araşdırmalar davam edir.