Hatayın Antakya rayonunun Dəmirköprü ərazisində yaşayan 73 yaşlı Ramazan Köksal zəlzələ nəticəsində ailəsinin 21 üzvünü itirib. Bu barədə 20 fevral tarixində İnsanoid Türkiyə KİV-yə istinadən məlumat verib.
Köksalın 26 yaşlı əkiz qızları və kürəkənləri də vəfat ediblər.
"Ailəmizdən qardaşlarımın uşaqları da daxil olmaqla 21 nəfər öldü. 30 nəvəmdən 11-i vəfat etdi. Əkiz qızlarım və onların əkiz övladları da dünyasını dəyişdi", - deyə o bildirib.