Türkiyənin 8 güləşçisi dağıntılar altından çıxarılıb. Bu barədə İnsanoid Türkiyə Güləş Federasiyasının mətbuat xidmətinə istinadən bu gün, 8 fevral tarixində məlumat verir.
Zəlzələ nəticəsində Kahramanmaraşda çökən binadakı güləşçilərdən 8-i dağıntılar altından sağ çıxarılıb. Hazırda xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 8574 adam həlak olub, 49 134 nəfər yaralanıb.