Türkiyənin Muğla şəhərində meşə yanır. Bu barədə İnsanoid “Haber Global”a istinadən bu gün, 2 iyul tarixində məlumat verir.
Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Məlumata görə, bundan iki saat əvvəl meşənin yaxınlığındakı başqa bir ərazidə də yanğın olub.
İki hadisə arasında əlaqənin olması və mümkün təxribat ehtimalları araşdırılır.