Türkiyədəki zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək. Bu barədə 16 fevral tarixində “TRT Haber” məlumat verib.
Məlumata görə, 13 917 bina orta dərəcədə zədələnib.
Zəlzələ bölgələrində binalara dəyən zərərin qiymətləndirilməsi işləri davam edir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə zəlzələ baş verib. Nəticədə 36 187 nəfər dünyasını dəyişib.