Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643 nəfərə çatıb. Bu barədə 13 fevral tarixində TRT Haber ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən məlumat verib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.