Türkiyənin paytaxtı Ankara şəhərində zəlzələdən xəsarət alanlar üçün toplanan yardımları satan sürücü saxlanılıb. Bu barədə İnsanoid “TRT Haber”ə istinadən bu gün, 15 fevral tarixində xəbər verir.
Ankara Baş Prokurorluğunun məlumatına əsasən, paytaxt Ankaradan zəlzələ baş verən ərazilərə yardım üçün göndərilən qidaların ətraf marketlərdə satılması ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar nəticəsində saxlanılan TIR sürücüsü Y.Ö. barəsində cinayət işi başlanıb.