UEFA İntizam Komitəsi Türkiyə millisinin futbolçusu Merih Dəmirala AVRO-2024-ün 1/8 final mərhələsində keçirilən Avstriya matçında boz canavar davranışına görə, 2 oyunluq cəza verib. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 5 iyul tarixində xəbər verir.
UEFA-dan verilən açıqlamaya əsasən, Merih Dəmiralın matçlarda idmana, futbolun nüfuzuna xələl gətirdiyi və ümumi davranış prinsiplərinə zidd hərəkət etdiyi üçün iki oyundan uzaqlaşdırıldığı bildirilib.
Digər tərəfdən, Türkiyə Futbol Federasiyasının qərara etirazın üzərində çalışır.
Qərar dəyişdirilməsə, Merih Dəmiral Hollandiya ilə 1/4 final matçında və milli irəliləyəcəyi təqdirdə yarımfinal matçında oynaya bilməyəcək.