Türkiyənin Balıkesir və Bodrum bölgələrində meşə yanır. Bu barədə İnsanoid Türkiyə KİV-yə istinadən bu gün, 9 iyul tarixində xəbər verir.
Yanğın adları çəkilən bölgələrin kənd təsərrüfatı ərazilərində başlayıb və küləyin təsiri ilə meşə zolağına keçib.
Hadisələrin səbəbi məlum deyil.
Hər iki yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.