Türkiyənin Mərkəzi Bankına yeni sədr təyin olunub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.
Bu barədə 9 iyun tarixində APA məlumat verib.
Hafize Gaye Erkan bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının ilk qadın sədri olub.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Erkan 2001-ci ildə Boğaziçi Universitetindəki ixtisas bölümünü birinciliklə bitirib, daha sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.