Daha bir neçə rayon Türkiyəyə növbəti humanitar yardım göndərib. Bu barədə Report 13 fevral tarixində xəbər verib.
Axşam saatlarında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan icra hakimiyyətinin təşəbbüsü ilə 2 TIR humanitar yardım Türkiyəyə yola düşəcək.
Şamaxı Rayon İcra Hakimiyyətinin müavini Etibar Muradlı bildirib ki, yardım məqsədilə qardaş ölkəyə quru qida, generator, isidici və döşəklər göndərilir: "Qardaş ölkəyə yardım göndərilməsini mütəmadi olaraq davam etdirəcəyik".
[caption id="attachment_105363" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]